13 Avqust 2015 13:01
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti avqustun 12-14 tarixində ölkəmizə rəsmi səfərə gəlib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın sərhəd təhlükəsizlik sistemi, DSX-nın sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarət olub.

Səfər çərçivəsində qonaqlar DSX Aparatında Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevlə görüşüblər. Görüş zamanı Azərbaycan DSX və Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Bununla yanaşı, Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib.

Qonaqlar DSX Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər