Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.
Teleqraf.com-un məlumatına görə, partiyanın mənzil qərargahında keçirilən görüşdə Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək. Həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər müzakirə olunub.
Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir Syusan Çesli iştirak edib.
Nərgiz