1 Sentyabr 2015 12:34
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Qeyri-Hökumət Təşkilatları Koalisiyası "Parlament 2015 - gündəmimiz seçkilər, hədəfimiz Qarabağdır" mövzusunda konfrans keçirib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov bildirib ki, parlament seçkiləri dövlətin və xalqın həyatında önəmli hadisələrdəndir:"İstər prezident, istərsə də parlament seçkiləri öncəsi bəzi beynəlxalq təşkilatlar və xarici dövlətlər Azərbaycana qarşı ikili standartlar tətbiq edir, qərəzli mövqe sərgiləyir və seçkilərdən təzyiq vasitəsi kimi istifadə etməyə can atırlar".

Tədbirdə Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev və digər vətəndaş cəmiyyəti institutlarının rəhbərləri öz fikirlərini bildiriblər.

BƏXTİYAR


Müəllif: