17 Sentyabr 2015 14:05
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çex Respublikasının Prezidenti Miloş Zeman və xanımı İvana Zemanova sentyabrın 17-də Dövlət Bayrağı Meydanı ilə tanış olublar.

Teleqraf.com-un məlumatına görə, Çexiya Prezidentinə və xanımına Dövlət Bayrağı Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dövlət Bayrağı Muzeyi ilə tanış olan Prezident Miloş Zeman və xanımı burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıblar.

Ali qonaq muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonda Çexiya dövlətinin başçısına xatirə hədiyyələri təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər