19 Sentyabr 2015 12:13
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda, Qoşa Qala Qapısında “Avropa şəhərciyi 2015” tədbirinin açılışı olub.

“Report”un məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqının üzv ölkələrinin səfirlikləri tərəfindən təşkil olunan tədbirin məqsədi Bakı sakinlərini Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış etməkdir.

“Tədbirin məqsədi Avropa İttifaqını müxtəlif ənənələrimiz və mədəniyyətimiz vasitəsilə tanıtmaqdır. Ümid edirik ki, bu gün həm böyüklər, həm də uşaqlar üçün maraqlı və yaddaqalan olacaq. İnanırıq ki, sizdə "Avropa şəhərciyi"ndən başlamaqla Avropa ölkələri haqqında daha çox öyrənmək marağı oyadacağıq”, - Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard tədbir haqqında fikirlərini söyləyərkən deyib.

Saat 20:00-dək davam edəcək tədbirin proqramına əyləncəli şoular, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir. “Avropa şəhərciyi 2015”in konsert hissəsinin əsas qonağı isə Şotlandiyanın "Peatbog Faeries" qrupudur.

Bu tədbir Azərbaycanda artıq üçüncü ildir ki, təşkil olunur.


Müəllif:

Oxşar xəbərlər