12 Oktyabr 2015 13:47
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanın millət vəkilliyinə namizədliyi qeydə alınıb.

Bu haqda Teleqraf.com-a danışan Elza Seyidcahan saxtakarlıq ittihamının üzərindən götürüldüyünü qeyd etdi: "Sevinirəm ki, ədalətli qərar qəbul edildi. Düzdür, seçki öncəsi böyük rəqabətlər olur, ancaq rəqabət sağlam olmalıdır. Bəzi insanlar hər şeyi göz qarşısına aldılar və təxribat apardılar. Mənim adımı yaraşmayan hadisələrdə hallandırmaq istədilər. Amma Elza Seyidcahan MSK-nın ədalətinə sığınaraq öz hüquqlarını müdafiə edə bildi. MSK-nın sədri Məzahir Pənahova təşəkkürümü bildirirəm ki, onlar məni mədəniyyət xadimi kimi qəbul etdilər və ədalətli qərar çıxardılar. Məni saxtakarlıqda günahlandırsaydılar, heç zaman mahnı bəstələyə bilməzdim. Mən özümü millət vəkili seçilmiş kimi hesab edirəm, çünki saxtakarlıq yükü çiyinlərimdən götürüldü. Mənim yolumda əziyyət çəkən bacı-qardaşlarımıza, səs verən insanlara təşəkkürümü bildirirəm. Seçilsəm də, seçilməsəm də YAP-ın hər zaman sadiq əsgəri olacam. Bu partiyaya musiqi ithaf etmişəm. Mən hər bir zaman dövlətimizin keşiyində duran YAP-ın fəxri üzvüyəm”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Elza Seyidcahanın namizədliyinin qeydə alınmaması məsələsinə baxılıb və əməkdar artistin namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarı ləğv edilib. MSK E. Seyidcahanın namizədliyinin qeydə alınmasına qərar verib.


Bildirək ki, bir müddət əvvəl əməkdar artistin yığdığı imzalar saxta hesab edilmişdi və bu səbəbdən namizədliyi qeydə alınmamışdı.


Rəqsanə


Müəllif:

Oxşar xəbərlər