Dekabrın 25-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Teleqraf.com-un məlumatına görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 207, digər məsələlərlə bağlı müraciət etmiş 73 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Naibə QURBANOVA