1 Fevral 2016 16:57
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə məktəb binasında yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb.

Sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər