16 Fevral 2016 18:27
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə “Qardaşlaşmış məktəblər” layihəsi öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olub. Bu, ayrı-ayrı ölkələrin məktəbli gəncləri arasında dostluq əlaqələrinə xidmət edir”.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, yeni nəslin doğulub böyüdüyü vətənini daha yaxından tanımasına, sevməsinə, yaxın-uzaq ellərdə yaşayan həmyaşıdları ilə birbaşa dostluq ünsiyyəti qurmasına xidmət etmək əhəmiyyətli işdir.

“Bilik Fondunun dəstəyi ilə Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların birliyə aparan yolunun daha aydın və işıqlı olmasına kömək edir, böyüklərə mesaj verir ki, ümumi evimiz olan dünyamızda yalnız sülhə əsaslanmaqla ayrı-seçkiliklərə yer vermədən mehriban qonşuluqla, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə irəli getmək olar. Uşaqların istədiyi budur, məktəblərin qardaşlaşması da bu amala xidmət edir”, – deyə İ.Həbbibbəyli vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər