24 Fevral 2016 16:43
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Prezidenti Rosen Plevneliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, martın 10-11-də Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq.

Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, Bolqarıstan Prezidenti ötən il keçirilmiş III Qlobal Bakı Forumunda da iştirak edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. 2015-ci ilin oktyabrında Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” mövzusunda keçirilən konfrans R.Plevneliyevin himayəsi ilə təşkil edilib.


Müəllif:

Oxşar xəbərlər