26 Fevral 2016 15:11
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçmiş erməni kəşfiyyatçısı Arsen Baqdasaryana baş çəkib.

Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova bildirib ki, görüş zamanı nümayəndəliyin əməkdaşları A.Baqdasaryanın saxlanma şəraiti və vəziyyəti ilə maraqlanıb: "Görüşdə hərbçiyə ailəsindən məktub təqdim edilib və onun ailəsinə göndərəcəyi məktub alınıb. Məktub komitə əməkdaşları tərəfindən hərbçinin ailəsinə çatdırılacaq".

Qeyd edəık ki, erməni kəşfiyyatçısı A.Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçmiş A.Baqdasaryanın cəzası onun saxlanıldığı gündən, 2014-cü il dekabrın 26-dan hesablanıb.

A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

Törətdiyi əməllərə görə, A.Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunub.


Müəllif:

Oxşar xəbərlər