Müğənni Sevil və Sevinc Səfərova bacıları "Texnikabank"dan şikayətçidirlər.
Teleqraf.com xəbər verir ki, bacılar bu haqda “İnstagram”da yazıblar: “Texnikabank" qeyri-peşəkarlığına görə vəzifəsini düzgün yerinə yetirmir. Bir aydır bu banka getməkdən yorulduq. Bunlar isə kobud davranışdan yorulmadılar. İcazəsiz evimizin kreditini başqa banka keçiriblər. Oradan bizə zəng gəlir və deyirlər ki, kreditinizi gecikdirirsiniz, sabah mütləq ödəniş edin”. Heç nəyi düşünmədən, soruşmadan gedib ödəniş etdik. Amma nahaq yerə ödədim. "Texnikbank"da bir neçə ayın pulu hesabıma yatırılıb. Bəs niyə hesabımdakı məbləği bizdən icazəsiz başqa banka keçirmisiniz?"
Bacıların birgə statusunda daha sonra deyilir: "Onsuz da nəyin bahasına olursa-olsun, pulumu sizdən geri alacam. Görün, neçə ailələr öz övladlarının boğazından kəsib bu banka kredit ödəyir. İşinizi halallıqla görün. Müştəriyə nəzakətli davranmaq sizin borcunuzdur".
Rəqsanə