Bakıda martın 5-i səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata əsasən, duman hava limanının işinə təsir etməyib.
"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.