4 Aprel 2016 20:12
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 4-də Azərbaycan Dövlət Universitetində (UNEC) Azərbaycan əsgərinə dəstək aksiyası keçirilib.

Teleqraf.com-un məlumatına görə, aksiyada aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tələbələr hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.

Aksiyada tələbələr Azərbaycan dövlət himnini oxuyub, “Liderə inanaq, Qarabağa qayıdaq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan əsgəri, keç səngərdən irəli” şüarları səsləndiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin bütün tədris binalarında dərslər Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himni ilə başlayıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər