Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər.
APA-nın məlumatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə ordusunun operativ şöbəsinin rəisi polkovnik" Vitaliy Arustamyan deyib ki, təkcə aprelin 2-nə keçən gecə baş vermiş insident nəticəsində Ermənistan tərəfdən 20 nəfər ölüb, 26 nəfər itkin düşüb, 72 nəfər isə yaralanıb.
Arustamyan, həmçinin, 8 strateji yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini də etiraf edib.
Qeyd edək ki, bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan daha 18 nəfərin öldüyünü açıqlamışdı.
Məlumatlara görə, son insidentdə ermənilərin 140-dən hərbçisi məhv edilib və itkin düşüb, 500-dək isə yaralı var.
Sosial səhifələrdə