Qətər və Küveyt Dövlətinin baş nazirinin müavinləri Bakıya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Qətər Baş nazirinin müavini Əhməd bin Abdallah Əl-Mahmud və Küveyt Baş nazirinin birinci müavini Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah Bakıya səfər edəcək.
Ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçiriləcək.
Azərbaycan prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən, 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
İlhamə Əbülfət