5 May 2016 19:01
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“DQR”in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilməyib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinə yaxın mənbələr bildirib.

Növbədənkənar iclasda 15 məsələ və 4 beynəlxalq saziş müzakirə ediləcək, lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsi bunların arasında yoxdur.

Qeyd edək ki, Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün “Facebook” səhifəsində ölkə hökumətinin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.

“Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə o bildirib.

“Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi müxalifətçi deputatlar Zarun Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.

Daha öncə bildirilmişdi ki, Ermənistan hökuməti bu qanun layihəsini bəyənib.


Müəllif:

Oxşar xəbərlər