14 May 2016 15:45
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun hərbçisi ağır yaralanıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, mayın 13-dən 14-ə keçən gecə baş verən atışmada 1995-ci il təvəllüdlü Ovannes Poqosyan aldığı xəsarətdən hərbi hosbitala yerləşdirilib.

Onun vəziyyəti haqqında heç bir məlumat verilmir.

Qeyd edək ki, erməni silahlı bölmələri dünən axşamdan başlayaraq cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbələri endirib.

Uğur


Müəllif:

Oxşar xəbərlər