"Ani" ermənişünaslıq mərkəzi Ermənistanın 4 günlük müharibə zamanı ərazi itkilərini açıqlayıb.
Teleqraf.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, "Ani" mərkəzinin verdiyi məlumata görə, cənub istiqamətində, Lələ Təpə yüksəkliyi ərazisində erməni tərəfi 7 hərbi mövqe itirib. Şimal istiqamətində isə "14 hərbi mövqe var ki, onlar 1-2 aprel tarixinə qədər erməni qüvvələrinin əlində olub". Mərkəz bildirir ki, sözügedən ərazilər böyük deyil.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan "Ani" ermənişünaslıq mərkəzinin aprel eskalasiyası zamanı Erməni ordusunun Dağlıq Qarabağda itirdiyi ərazilər barədə yaydığı məlumatı şərh edib.
O deyib ki, "ümumilikdə, bu məlumat həqiqətə bir o qədər də uyğun deyil". Qeyd edilir ki, bu məlumatlarda bəzi terminlər dəqiqləşdirilməlidir.
O qeyd edib ki, müharibə vəziyyətində bu səviyyəli mövqe dəyişiklikləri barədə şərh verməyi düzgün saymır, çünki bu, əməliyyatları "ciddi təhlükə altına ala bilər".