18 May 2016 14:08
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ilin birinci rübündə 68 insan alveri faktı üzrə 13 cinayət işi, 15 fahişəliyə cəlb etmə üzrə 14 cinayət işi, 42 əxlaqsız yuvaları saxlama üzrə 35 cinayət işi başlanaraq istintaq işi aparılıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə 2015-ci il üzrə 313 fakt üzrə 192 cinayət işi, 2016-cı ilin 125 fakt üzrə 62 cinayət işi aparılıb və yekunlaşdırılıb: “2015-ci il ərzində ümumilikdə 171 nəfər, bu ilin birinci rübündə 29 nəfər məhkəməməsuliyyətinə cəlb edilib. Məişət zorakılığından zərər çəkmiş cinayətlərdən ən çox uşaqlar əziyyət çəkir. Onların insan alverçilərinin qurbanlarına çevrilməsi halı yüksəkdir. Dilənçiliyə məcbur edilən roman uşaqlarla və məktəblərdən yayındırılan uşaqlarla bağlı qoruma mexanizmlərinin yaradılması üzərində işləmək labüddür”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər