3 İyun 2016 11:19
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“IV Qurultay dünya azərbaycanlılarının birləşməsi, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq”.

Bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən deyib.

Prezident bildirib ki, Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi 2001-ci ildən indiyədək Azərbaycanda böyük işlər görülüb, Azərbaycan daha da güclənib: “Həmin vaxtdan indiyənədək bizim imkanlarımız artıb. Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların taleyi ilə, həyatı ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun. Eyni zamanda, öz doğma Vətəninə xidmət eləsinlər”.


Müəllif:

Oxşar xəbərlər