21 İyul 2015 11:40
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nüvə silahının tamamilə yox edilməsinin zəruri olduğunu bildirir. Bu barədə BMT Təhlükəsizlik Şurasının bazar ertəsi İranın nüvə proqramı ilə bağlı qəbul etdiyi qətnamədən sonra İran hökumətinin dərc olunan bəyanatında deyilir. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Bəyanatda deyilir ki, İran İslam Respublikası (İİR) beynəlxalq təhlükəsizlik tələbi və nüvə silahının yayılmaması ilə bağlı sazişin öhdəliyi kimi nüvə silahının tamamilə məhv edilməsinin zəruriliyini qeyd edir.

Həmçinin qeyd olunur ki, İran bəşəriyyətin nüvə silahı təhlükəsindən xilas edilməsi ilə bağlı bütün beynəlxalq diplomatik və hüquqi tədbirlərdə fəal şəkildə iştirak etmək niyyətindədir.


Müəllif:

Oxşar xəbərlər