10 Aprel 2017 20:28
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının seçkili orqanları buraxılıb və 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Müsavat Partiyası Divanının bu gün keçirilmiş iclasında qərar verilib.

Bundan başqa, partiyanın Xızı rayon təşkilatında Təşkilat Komitəsi buraxılaraq 5 nəfərdən ibarət yeni Təşkilat Komitəsi yaradılıb.

Hər iki Təşkilat Komitəsinə bu il iyulun 1-dək rayon təşkilatı strukturlarının, seçkili orqanlarının formalaşdırılması tapşırığı verilib.


Müəllif:

Oxşar xəbərlər