22 May 2017 14:49
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən hündür zirvəsi olan Everestin başındakı məşhur Hillari step qayası artıq yoxdur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ingilis alpinisti Tim Mozedale mayın 16-da zirvəyə çıxdığını və qayalığı yerində görmədiyini söyləyib.

Mozedale Feysbuk hesabında "Hillari step artıq yoxdur" yazıb.

Zirvənin 2015-ci ildəki Nepal zəlzələsi zamanı çökdüyü ehtimal olunur.

Qeyd edək ki, 1953-cü ildə zirvəyə qalxan Sir Edmund Hillarinin şərəfinə zirvəyə o ad verilib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər