Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ana-balanın meyiti meşədə tapılıb.
Suriya əsilli gənc qadın Əmani Arrahman zorakılığa məruz qaldıqdan sonra oğlu ilə birlikdə daşla əzilərək öldürülüb. Hadisə barədə kənd sakinləri polisə xəbər verib. Polis iki nəfər şübhəlini yaxalayıb.
Şübhəlilər qadının əri ilə toyuq fermasında işləyirmiş. Onların arasında mübahisə yaranıb, iki nəfər iş yoldaşından qisas almaq üçün arvadını və uşağını qaçıraraq təcavüz edib, sonra öldürüb.
Qeyd edək ki, Arrahman ikinci övladına 9 aylıq hamilə olub və həkimə gedəcəkmiş.