16 Fevral 2018 22:13
2 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərində (Moskva vilayəti) yerləşən uşaq bağçalarından birində 4 yaşlı əslən Azərbaycandan olan qız uşağı ölü tapılıb. Hadisə 2120 saylı təhsil müəssisəsinə daxil olan bağçada səhər gəzintisi zamanı baş verib.

Teleqraf.com xəbər verir ki, ilkin məlumata görə, tərbiyəçi gəzintidən sonra uşaqları binaya geri aparan zaman Zəhra Rzayeva adlı qız qrupdan geri qalıb.

Tərbiyəçi onun yoxluğundan bağçada xəbər tutub. Qadın küçəyə qayıdıb və uşağı huşsuz halda yerdə uzanmış vəziyyətdə tapıb.

Müəssisə əməkdaşları bu ittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə ("Bir şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma") cinayət işi qaldırılıb. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər