2 Yanvar 2023 17:40
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.

DİN Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub.

Qeyd edilib ki, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, bu gün saat 16:00 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.


Müəllif: Teleqraf.com