Goranboyda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xoylun kəndində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyəiındə özünü asıb.
Onun cəsədi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.