Nigeriyada güclü yağışlardan sonra Borno şəhərini sel basıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən əyalətdə bənd uçub. Təbii fəlakət nəticəsində yerli zooparkdakı heyvanların yalnız 20 faizi sağ qala bilib. Sağ qalan heyvanlar, o cümlədən timsah və ilanlar su basmış küçələrə yayılıb.
Zoopark rəhbərliyi hökuməti əhalini təcili olaraq şəhərdən təxliyə etməyə çağırıb.