15 Sentyabr 17:39
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində doqquzmərtəbəli yaşayış binasında 1 və Yasamal rayonu, Moskva prospektində doqquzmərtəbəli yaşayış binasında 1 ünvanda vətəndaşlarln liftdə köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 2 nəfər xilas edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər