16 Sentyabr 01:44
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən ölkədə təbii fəlakət vəziyyəti elan edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, səlahiyyətli nazirlər və qurumlarla məsləhətləşmələrdən sonra Nazirlər Şurasının təbii fəlakət vəziyyətinin tətbiqi ilə bağlı fərmanının hazırlanmasını əmr edib.

Qeyd edək ki, Mərkəzi Avropa ölkələrində bir neçə gündən bəri davam edən aramsız yağışlar çaylar və su hövzələrində suyun səviyyəsinin artmasına, daşqınların baş verməsinə səbəb olub.

Təbii fəlakətlə əlaqədar polis və ordu birləşmələri də əraziyə cəlb edilib. Polşanın Klodzko regionunda 1600 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə yerləşdirilib.

Hazırda Polşa ilə yanaşı, Çexiya və Rumıniyada da minlərlə insan daşqınlara görə təxliyə olunub, minlərlə evin elektrik enerjisi kəsilib.

Polşa hökuməti daşqın və kəskin hava şəraiti ilə əlaqədar bir nəfərin həlak olduğunu təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər