“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo AFC Çempionlar Liqasında “Əl-Şorta” ilə matçı buraxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçuya virus infeksiyası diaqnozu qoyulub. Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, bu gün komanda ilə İraqa getməyəcək.
Qeyd edək ki, sözügedən görüş sentyabrın 16-ı keçiriləcək.