Bakının Xətai rayonunda 19 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Nuriyeva Diana Vüqar qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.