Qonşuları cadugər olduğunu iddia etdikləri qadını diri-diri yandırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib.
45 yaşlı D. Muttava kənd sakinlərinin hücumuna məruz qalıb. Onu cadu və qara sehrdən istifadə etməkdə günahlandırıblar, sonra isə qadını çubuqla döyməyə başlayıblar. Bununla da kifayətlənməyən qonşulardan biri onun üzərinə kerosin tökərək yandırıb. Muttava ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Hadisədən sonra 50 yaşlı qurbanın əri polisə gedərək qonşuların cinayət əməlləri barədə məlumat verib. Araşdırmalar nəticəsində 5 nəfər həbs edilib.