Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 800kv.m. olan otelin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.
Otel binası yanğından mühafizə olunub.
***
16:07
Cəlilabad rayonunda otel yanır.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhər ərazisində yerləşən otellərdən birində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.