30 Aprel 2016 17:30
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhə xəttində son günlər baş verənlər hər bir vətəndaşı narahat edir. Görünən odur ki, işğalçı Ermənistan təxribatçı əməllərindən əl çəkmək niyyətində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, cəbhədə baş verənlərin ağırlığı hər kəsin üzərinə düşür. Onun sözlərinə görə, işğalçı dövlət cəbhə bölgəsində yaşayan insanları hədəfə alıb: “Ermənistan hakmiyyəti öz məqsəinə nail ola bilməyəcək. Ordumuzun tutarlı cavab tədbirləri ilə işğalçılar böyük itkiyə məruz qalırlar. Hazırda Dağlıq Qarabağda yaşayanlar insanlar oradan qaçırlar. Ermənistan demoqrafik cəhətdən məhv olur, çünki onun əhalisi sürətlə azalır. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədikcə, daxili böhranı daha da dərinləşir”.

Səxavət


Müəllif: