10 İyul 2014 12:38
962
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliya yığmasının sabiq hücumçusu Romario Braziliya Futbol Konfederasiyasının prezidenti Joze Mariya Marini kəskin tənqid edib.

Romario pentakampeonların dünya çempionatının yarımfinalında Almaniya yığmasına 1:7 hesablı məğlubiyyətindən sonra prezidenti tənqidə tuş edib. Braziliya futbolunun əfsanəsi Marinin həbs olunmasını tələb edib:

"Biz böhran dövründəyik. Doğrudanmı insanlar düşünürlər ki, buna görə futbolçular və yığmanın məşqçisi Skolari günahkardır? Yox, belə deyil. Braziliyada futbol fərsiz maqnatlarından üzündən tənəzzül yaşayır. Axı onların hesabına milyonlar axıb tökülür. Bizim futbola belə insanların rəhbərlik etməsi xəcalət və biabırçılıqdı. Onlar həbsxanada olmalıdır”.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər