14 İyul 2014 01:12
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının finalında Almaniya-Argentina qarşılaşmasını iki ölkənin Azərbaycandakı səfirləri də həyəcanla izləyir.

Teleqraf.com xəbər verir ki, Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel final oyununa Bakıdakı restoranların birində çoxsaylı azarkeşlər ilə birgə baxır.
Oyundan əvvəl o, argentinalı səfir Karlos Dante ilə görüşüb və oyundan əvvəl hər iki səfir öz komandalarına uğur arzulayıblar.

Qeyd edək ki, K.Dante DÇ-2014-ü Argentinanın kapitanı Lionel Messinin formasında izləyir.

Xatırladaq ki, həlledici görüş Braziliyanın məşhur “Marakana” stadionunda keçirilir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər