30 Dekabr 2024 22:57
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın "PAOK" klubunun baş məşqçisi Razvan Luçesku rəqib azarkeşlərlə dava etməyə cəhd etdiyi üçün diskvalifikasiya edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Şəxsi hücumların nümunəsinə çevrilən nizam-intizam komitəsi baş məşqçini demək olar ki, mövsümün sonuna kimi oyunlarda iştirakdan kənarlaşdırmaqla "PAOK"-u məhv etməyə çalışır" - klubun yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, hadisə dekabrın 18-də Yunanıstan Kubokunun 1/4 final mərhələsində "AEK"- "PAOK" oyunundan sonra baş verib. Belə ki, "AEK" azarkeşləri "PAOK" avtobusuna yaxınlaşaraq içəridə oturan idmançıları və məşqçiləri 6 il əvvəlki klublarının formasını göstərərək təxribata çəkməyə başlayıblar. PAOK-un baş məşqçisi Razvan Luçesku və heyətinin üzvləri avtobusdan qaçaraq "AEKA" azarkeşləri ilə əlbəyaxa dava salmaq istəyiblər və buna polis müdaxilə edib.

Nəticədə Luçesku və onun köməkçiləri Pantelis Konstantinidis, Georgios Tzanakis, Georgios Teodoridis və Atanasios Kapoulas hər biri 4 aylıq diskvalifikasiya olunub. Onların hər biri 15 min avro cərimələnib, "PAOK" klubu daha 30 min avro ödəyəcək.




Müəllif: Arzu

Oxşar xəbərlər