16 Yanvar 2019 01:16
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə kubokunun səkkizdəbir final mərhələsində keçirilməsi planlaşdırılan “Boluspor” - “Qalatasaray” matçı ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitinə görə təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, “Qalatasaray” klubunun rəsmisi Abdurrahim Albayrak jurnalistlərə açıqlamasında qarşılaşmanın sabah keçiriləcəyini bildirib.

Lakin oyunun keçirilməsi barədə son qərarı Türkiyə Futbol Federasiyası verəcək.


Müəllif: Teleqraf.com