18 Yanvar 2019 11:08
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin “Maşınsazi” futbol klubunun oyunçusu Peyman Babayi “Sumqayıt” klubuna transfer edilib.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı hücumçu Sumqayıt təmsilçisi ilə İstanbulda (Türkiyə) müqavilə imzalayıb.

18 aylıq müqavilə əsasında “Sumqayıt”ın şərəfini qorumalı olan Peyman Babayi 8 nömrəli formada çıxış edəcək.

Təbrizin “Traktor” klubunun yetirməsi olan Peyman Babayinin 24 yaşı var.

O, Güney Azərbaycanın Təbriz şəhərində doğulub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu bir müddət Təbrizin digər klubları - “Gostəreş Fulad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu