19 Yanvar 2019 21:35
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun macarıstanlı Rixard Rapporta qarşı oyununda heç-heçə qeydə alınıb.

Digər təmsilçimiz Teymur Rəcəbov isə hindistanlı Santoş Viditi məğlub edərək aktivinə 1 xal yazdırıb.

Yeddi turun yekununda Ş.Məmmədyarov 3,5, T.Rəcəbov 4 xal toplayıb.


Müəllif: Teleqraf.com