20 Yanvar 2019 08:35
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Superliqasının XVIII turunda turnir cədvəlinin altıncı pilləsində yer alan İstanbulun "Qalatasaray" komandası "Türk Telekom" stadionunda "Ankaragücü"nü qəbul edib.

Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda rəqibinə 6:0 hesabı ilə qalib gələrək ikinci sıraya yüksəlib.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda "Qalatasaray"ın futbolçusu Henry Onyekuru het-trik edib. "Cimbom"un hücumçusu Sinan Gümüş dubla imza atıb. Digər topu isə Badou Ndiaye vurub.

Beləliklə, öz meydanında oynadığı son 29 oyunda məğlub olmayan Fatih Terimin yetirmələri bugünkü qələbədən sonra hesabındakı xallarının sayını 32-yə çatdırıb və lider "Başakşəhər"lə arasındakı xal fərqini azaldıb.

Qeyd edək ki, bu qarşılaşmada "Qalatasaray"ın heyətində yeni transferi olan braziliyalı müdafiəçi Markos Nasimento Teixeira ilk dəfə meydana çıxıb.


Müəllif: Teleqraf.com