20 Yanvar 2019 23:28
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar.

Teleqraf.com xəbər verir ki, növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.

Səkkizinci turun oyunları davam edir.


Müəllif: Teleqraf.com