21 Yanvar 2019 21:15
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Teleqraf.com klubun saytına istinadən verdiyi məlumata görə, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb F.Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.

Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Sonuncu müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. E.İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.


Müəllif: Teleqraf.com