11 Sentyabr 2014 14:18
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatşılığı ilə Bakı Kristal Zalında "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousu keçiriləcək. Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Federasiyasından məlumat verilib.

Yarışda Azərbaycan və digər ölkələrdən 10-dan artıq pilot iştirak edəcək.

Tamaşaçılar şouda peşəkar pilotların birincilik uğrunda mübarizəsi ilə yanaşı, maraqlı tryuklarla dolu anların da şahidi olacaqlar.

Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə Bakı şəhərində yarış avtomobillərinin yürüşü keçiriləcək.

Xatırladaq ki, "V1 Challenge Azerbaijan" yarışının təqdimatına hazırlıq məqsədilə avqust ayının sonlarında təlimlər təşkil edilib. Təlimlərdə yarışa qatılacaq pilot və hakimlərə nəzəri-praktik məşqlər keçirilib.


Müəllif: