16 Sentyabr 2019 23:07
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Teleqraf.com-un məlumatına görə, bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, "Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


Müəllif: Teleqraf.com