18 Sentyabr 2014 20:50
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:58

Avropa Liqasının F qrupunda keçirilən "Qarabağ" - "Sent-Etyen" qarşılaşmasında tərəflərin səyinə baxmayaraq hesab açılmadı 0-0. Bununla da "Qarabağ" qrupda ilk görüşündə ilk xalını qazandı.

22:00

Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib.

Teleqraf.com "Qol.az"a istinadən xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” bu gün qrupda ilk oyununu keçirir.

F qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşır. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışır.

Görüş saat 21:00-da başlayıb.

Qeyd edək ki, qrupun digər oyununda Ukraynanın “Dnepr” klubu İtaliya “İnter”ini qəbul edəcək.

18 sentyabr

Avropa Liqsının qrup mərhələsi

F qrupu

21:00.”Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) - 0:0 (Birinci hissə)
Hakimlər: Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 41. Leroy Corc

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 11. Danilo Dias, 7.Namiq Yusifov, 17.Vüqar Nadirov, 99. Namiq Ələskərov

"Sent Etyen": 16. Stefan Ruffier, 20. Conatan Brison, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin Korqne, 10. Renaud Çohade, 19. Florentin Poqba, 7. Maks-Alain Qradel, 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket

Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. François Klerk, 32.Jerrold Nyemek, 18. Fabien Lemoine, 28. İsmail Diomande, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin

Ayxan


Müəllif: