28 Sentyabr 2014 22:12
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Günün ilk qarşılaşmasında "Simurq" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Sumqayıt təmsilçisi bu görüşdə qələbə qazanmaqla yenidən liderliyə yüksələ bilərdi. Aqil Məmmədovun komandası 2:0 hesabı ilə öndə olsa da, meydan sahibləri əzmkar oyunla üç qol vuraraq qələbə qazanıb – 3:2.

Turun son qarşılaşması Qəbələdə oynanılıb. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

28 sentyabr (bazar)

Premyer Liqa, 7-ci turun oyunları

“Qəbələ” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Cavid Hüseynov, 46 (1:0), Deyan Blajevski, 83 (1:1)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

“Simurq” – “Sumqayıt” - 3:2
Qollar: Məhəmməd Qurbanov, 34-pen. (0:1), Orxan Əliyev, 57 (0:2), Adam Banaş, 60 (1:2), İlkin Qırtımıv, 73 (2:2), Marko Stanteviç, 74 (3:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu

27 sentyabr (şənbə)

AZAL – “İnter” - 1:1
Qollar: Kərim Diniyev, 4 (1:0), Mikel Alvaro, 75 (1:1)
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov
Bakı. “AZAL Arena”

“Neftçi” – “Qarabağ” - 1:3
Qollar: Riçard Almeyda, 35-pen (0:1), Muarem Muarem, 77 (0:2), Vüqar Nadirov, 85 (0:3), Ernest Nfor, 87 (1:3)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Bakı” – “Araz Naxçıvan” - 2:1
Qollar: Tural Qürbətov, 28 (1:0), Elmin Çobanov, 50 (1:1), Nuran Qurbanov, 74 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu


Müəllif:

Oxşar xəbərlər