"Fənərbaxça" klubu İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı klubun rəsmi saytında məlumat yer alıb:
"Niyamin Niftalızadənin məzarı önünə klubun forması və əklil qoyulub. Azərbaycan Ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk".